Cənubi Amerika

coğ. Amérique f de Sud

Cənubi Afrika
cənublu
OBASTAN VİKİ
Cənubi Amerika
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla == Coğrafi mövqeyi == Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır.Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır.Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır.
Cənubi Amerika dırnaqlıları
Cənubi Amerika dırnaqlıları (lat. Meridiungulata) — plasentalı məməlilərə aid nəsli kəsilmiş heyvan dəstəüstü. Cənubi Amerikanın kaynazoy erasında cooğrafi izolyasiyası Cənubi Amerika dırnaqlıların nümayəndələri arsında əsaslı şəkildə təbəqələşmənin getməsinə səbəb oldu. Onlar arasında elə növlər var idi ki, müasir at, dəvə və kərgədanların hər birinə xas olan müəyyən xarici görünüşləri özündə əks elətdirirdi. Cənubi Amerika dırnaqlılarının ümumi əlaməti dişlərinin quruluşu və dırnaqlarının mövcudluğu olub. Bu heyvanlar otyeyən olub, yaşayış mühitindən asılı olaraq müxtəlif növ bitkilərlə qidalanıblar.
Cənubi Amerika fiziki
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla == Coğrafi mövqeyi == Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır.Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır.Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır.
Cənubi Amerika mədəniyyəti
== Yaranma tarixi == Tarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır. Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər. Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi.
Cənubi Amerika plitəsi
Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir. Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir. == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Cənubi Amerika qızılquşu
Cənubi Amerika qızılquşu (lat. Falco femoralis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Cənubi Amerika qızılquşu orta ölçülü qızılquşdur. Uzunluqları 30-40 sm, qanadları açıq vəziyyətdə 90 sm, erkəklərinin kütləsi 200-300 q, dişilərin kütləsi isə 270-460 q-a arasında dəyişir. ABŞ-də Cənubi Amerika qızılquşundan ovlamada istifadə edilir.
Cənubi Amerika Birləşmiş Vilayətləri
Cənubi Amerika Birləşmiş Vilayətləri (isp. Provincias Unidas de Sud América) — Cənubi Amerikada, 1810 - 1830-cu illərdə mövcud olmuş dövlət. Dövlət May inqilabı nəticəsində La Plata vitse krallığının (bəzən Rio-de-la-Plata birləşmiş vilayətləri adlanır) ispaniyadan müstəqillik elan etməsi ilə meydana gəlmişdir. Bu dövlətin ərazisi muasir Argentina, Uruqvay kimi dövlətlərin bütöv ərazisi və Boliviya, Braziliyanın müəyyən vilayətlərini özündə birləşdirirdi. Rio-de-la-Plata birləşmiş vilayətlərinin müstəqilliyi 25 may 1810-cu ildə May inqilabı zamanı baş verir. Bu zaman vitse kral qovulur və birnci xunta yaradılır. 9 iyun 1816-cı ildə San-Miqel-dе-Tukumanda konqres Rio-de-la-Plata birləşmiş vilayətlərinin adını dəyişdirilərək Cənubi Amerika birləşmiş vilayətləri (isp. Provincias Unidas de Sud América) adlandırılır və rəsməb 1920-ci ilə qədər adını qoruyur. 1825-ci ildə birləşmiş vilayətlərdən Boliviya ayrılır. 1828-ci ildə isə Argentina və Braziliya müharibəsi nəticəsində Sisplata vilayəti müstəqil Uruqvay dövlətinə çevrilir.
Cənubi Amerika Voleybol Konfederasiyası
Cənubi Amerika Voleybol Konfederasiyası (rum. Confederación Sudamericana de Voleibol, ixtisarı-CSV) — Cənubi Amerika materikində voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum. Materikdə az ölkə olması səbəbi ilə konfederasiyası ən az voleybol federasiyası abunəçisininə sahib voleybol konfederasiyasıdır. Cəmi on iki voleybol federasiyası bu qurumun nəzarəti altında fəaliyyət göstərir. == Tarixi == Cənubi Amerika Voleybol Konfederasiyası ən qədim tarixə malik voleybol konfederasiyasıdır. Belə ki, konfederasiya hətta, FİVB-dan belə tez qurulumuşdur. Yaranma tarixinin 1946-cı ilə təsadüf etdiyi qurumun hansı ayda yarandığı isə şübhə doğurur. 12 aprel, 13 iyul tarixlərindən birində yaranması dəqiq olan CSV-nın ilk prezidenti Braziliya vətəndaşı olan Dr. Selio Neqreiros de Barros olmuşdur. Daha sonra isə sırası ilə perulu Xose Pezet Miro Quesada, uruqvaylı Luis Mateo Fernandez, kolombiyalı Boris Rodriqez, venesuelalı Xose Antonio Bermudez, argentinalı Rikardo Russomando və bir daha perulu Luis Moreno Qonzales preizdentlk vəzifəsini icra etmişdir.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. == Ümumi məlumat == Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar.Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər. == Sayı və ovlanlası == Əvvəllər bütün Cənubi Amerika sahilləri boyu ovlanırdı.
Cənubi Amerika ölkələrinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Amerika
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı — Cənubi Amerika Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında keçirilən Cənubi Amerika çempionatı ilə paralel keçirilən turnir. Otuz dəfə təşkil edilən qitə çempionatında ən çox qalib gəlmiş komanda Braziliyadır. Qadınlardakı kimi kişilərdə də Cənubi Amerika regionuna "ağalıq" edən milli komandanın bu yarışlarda 29 qələbəsi vardır. Yalnız 1964-cü ildə çempion olmayan Braziliya komandası həmin turnirə qeyri-müəyyən səbəblərdən qatılmamışdır. Adı şəkilən ildə zəfər çalan Argentina yığması isə Braziliya xaricində Cənubi Amerika çempionluğu yaşayan ilk və tək ölkədir.
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı — Cənubi Amerika materikində keçirilən ən önəmli çempionat. Turnirin təşkilatçısı yerli Cənubi Amerika Voleybol Konfederasiyasıdır. İlk dəfə 1951-ci ildə təşkil olunan regional çempionatın qalibi bu regionun ən güclü və adlı-sanlı komandası sayılan ev sahibi Braziliya millisi olmuşdur. Turnirin ən çox qalib gəlmiş komandası da sambaçılardır. Onların aktivində düz 18 qızıl, 11 gümüş olmaq üzrə 29 medal vardır. Turnirdə ümumilikdə yalnız yeddi ölkə medal qazana bilmişdir. Son ildə iştirakçı ölkə sayı səkkizdən yuxarı çıxmır. Cənubi Amerika çempionatı digər qitə birinciliklərində olduğu kimi iki ildən bir təşkil edilir. Ancaq 1969-cu ilə qədər turninin fərqli inteval üzrə keçirildiyin də görmək mümkündür. Cənubi Amerika çempionatına ən çox təşkilatçılıq etmiş ölkə isə Braziliyadır.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Amerika antropologiyası
“İnsan belədir də.” “Dünyadakı bütün insanlar bir-birinə bənzəyir”. Xalq deyimlərində, gündəlik nəqliyyatda tez-tez eşitdiyimiz belə cümlələr başqa ölkələrdə yaşayan insanların istək, duyğu və ümidlərinin bizimkilərlə eyni olduğu kimi yanlış bir iddianı bəsləyir. Antropologiya daha geniş bir baxış – ayırd edici, müqayisə edici, fövqəl-mədəni (mədəniyyəti aşan) bir perspektiv təqdim edir. Çoxları düşünür ki, antropoloqlar fosillər və sənayeləşmiş toplumları araşdırırlar; bu qənaət tam olaraq yanlış deyildir. Ancaq antropologiya sənayeləşmiş xalqların araşdırılmasından əlavə, qədim və modern, sadə və mürəkkəb səviyyəli bir çox toplumları araşdıran müqayisəedici bir elmdir. Digər sosial elmlərin çoxu daha çox Amerika və Kanada kimi sənayeləşmiş uluslara fokuslanmaq meylində olsalar da, antropologiya bir toplumun adətlərini daimi şəkildə digərləri ilə qarşılaşdıran, unikal fövqəl-mədəni bir perspektiv təqdim edir. Məsələn televizorun kəşfi Amerika və Braziliya toplumlarında fərqli effektlər vermişdir. Kultural (mədəni) antropoloq olmaq üçün tələb etnoqrafik sahə çalışması həyata keçirməkdir. Bu, adətən başqa bir mədəniyyətdə bir il, ya da daha uzun müddət qalaraq yerli xalqın arasında yaşamağı və adətlərini öyrənməyi gərəkdirir. Antropoloq o mədəniyyət haqqında nə qədər çox öyrənirsə öyrənsin ora üçün yad olaraq qalır.
Amerika aqavası
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Amerika ardıcquşu
Amerika ardıcquşu (lat. Bombycilla cedrorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinin ardıcquş cinsinə aid heyvan növü.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerika avokadosu
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Amerika ağcaqayını
Amerika ağcaqayını (lat. Acеr nеgundо) — sabunağacıkimilər fəsiləsinin acеr cinsinə aid bitki növü. == Sinonim == Acer californicum var. texanum Pax Acer fauriei H.Lév. & Vaniot Acer fraxinifolium Nutt. Acer fraxinifolium Raf. Acer lobatum Raf. Acer negundo f. angustifolium Schwer. Acer negundo f.
Amerika bizdimdiyi
Amerika bizdimdiyi (lat. Recurvirostra americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin bizdimdiklər fəsiləsinin bizdimdik cinsinə aid heyvan növü.
Amerika bizonu
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Amerika cökəsi
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.